“Huma Quşu” Fondunun təqdimatı

17 noyabr 2022-ci il tarixində ADA Universiteti və “Huma Quşu” Fondunun təşkilatçılığı ilə ADA Universitetində “Huma Quşu” Fondunun ictimaiyyətə təqdimatı keçiriləcək. Tədbir zamanı dünya vətəndaşı, layiqli şəxsiyyət, yüksək ziya, geniş dünya görüşü və əxlaq sahibi, humanitar xadim və mövqeli insan mərhum Humay Quliyeva və onun xatirəsinə yaradılmış “Huma Quşu” Fondunun fəaliyyəti, tərəfdaşları, layihələri və təqaüd proqramları barədə müxtəlif formatlarda məlumat veriləcək, 2023-2024-cü illər üçün elanlar səsləndiriləcək, suallar cavablandırılacaq.