Huma quşu qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır. Fondun missiyası maddi cəhətdən imkansız,
lakin istedadlı gənclərə Azərbaycanda və ölkə xaricində bakalavriat və magistratura təhsili almaq üçün
maliyyə yardımı göstərmək, beləliklə də onların xeyirxah, vətənpərvər və cəmiyyətə layiqli üzvləri kimi
yetişmələrinə kömək etməkdir.
Fond ali təhsilini ən yaxşı universitetlərdən birində davam etdirmək istəyən aztəminatlı ailələrdən olan
tələbələr üçün bir sıra təqaüdlər təklif edir.
Təqaüd üçün kim müraciət edə bilər?
Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları
Yaşı müraciət zamanı 16-35 arası olan tələbələr
Minimum orta qiymət balı 3.2 (4.0 şkaladan və ya 100 ballıq şkaladan minimum 85) ilə yaxşı akademik göstəriciləri olan
Ailə gəliri: hər ailə üzvünə ayda 500 AZN-dən az olmaq şərtilə (maliyyə sənədlərini təqdim etməlisiniz)
Azərbaycan universitetlərinin birində oxumaq və ya məzun olmaq
Seçim prosesi ərizə forması və müsahibə mərhələsindən ibarət olacaq.
Proqramın müddəti: 2024-2025-ci tədris ili
Onlayn müraciət üçün son tarix: 25 Dekabr 2024
Qeyd: Onlayn ərizə formasında cavabları saxlaya bilməzsiniz. Zəhmət olmasa, onlayn təqdim etməzdən əvvəl esse suallarına cavablarınızı öncədən hazırlayın. Suallar üçün buraya daxil olun
Bütün lazımi sənədlər (transkriptlər, tövsiyə məktubları, maliyyə sənədləri) son tarixə qədər təqdim edilməlidir
Zəhmət olmasa Huma Quşu Fonduna müraciət və təqaüd ilə bağlı bütün suallarınızı HumaGushuFund@gmail.com ünvanına göndərin.
Aşağıdakı sənədlərin HumaGushuFund@gmail.com ünvanına göndərilməsi tələb olunur:
1.Ən yeni qiymət cədvəli
2.Azərbaycan və ya ingilis dillində, yerli və ya xarici müəssisədən iki tövsiyə məktubu
3.Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (maaş göstərilməlidir)
4.Ailə üzvləri haqqında məlumat
5.Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (cədvəl bu keçiddədir)