Humay Quliyeva
« Bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma »
Dünya vətəndaşı, layiqli övlad, yüksək ziya, geniş dünya görüşü və əxlaq sahibi, humanitar xadim, mövqeli insan - sevimli Humay Quliyevanın xatirəsinə.
"Huma quşu" təhsilə yardım fondu kommersiya məqsədi güdməyən qeyri-hökümət təşkilatıdır
Fond beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılıb.
Ad seçimində Humayın ingiliscə yazdığı bir şeirin " After all, I am named after a bird living its entire life flying invisibily high above the Earth - Huma"
Məqsədimiz
İmkansız, az təminatlı ailələrin istedad, bacarıq, işgüzarlıq kimi xüsusiyyətləri ilə seçilən övladlarının ölkəmizdə və xaricdə təhsil almalarına maliyyə yardımı göstərməklə Humayın qısa həyatı boyu gördüyü xeyirxah işləri davam etdirmək, bu yolla da işıqlı xatirəsini və nəcib məqsədlərini yaşatmaqdır.
Missiyamiz
Humayın Azərbaycana sonsuz sevgisini, insanlara şəfqətli münasibətini, habelə biliyə, təhsilə, kitaba olan məhəbbətini müasir gəncliyə aşılamaqla onun kimi xeyirxah, cəmiyyət üçün faydalı insanlarin, özlərini Vətənin və xalqın gələcəyi üçün cavabdeh sayan əqidəli vətəndaşların yetişməsinə nail olmaqdir.
Dəyərlərimiz
Məsuliyyət, ədalət, elm, yaradıcı və müstəqil düşüncəni əsas dəyərlər kimi qəbul edərək Humayın halal zəhmətlə qazanılmış vəsaitinin Vətənimizin gələcəyinə töhfə vermək bacarığına malik gənclərin təhsilinə yardim istiqamətində xərclənməsini məqsədəuyğun şəkildə həyata keçirməkdir.
« Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət! »
Humay 1985-ci il noyabrın 17-də Bakıda ziyalı ailəsində anadan olub. Kiçik yaşlarından kitaba, musiqiyə, incəsənətə məhəbbət ruhunda böyüyüb. Dörd yaşında sərbəst şəkildə oxumağı öyrənib. 1991-ci ildə Bakı şəhərindəki 20 saylı orta məktəbin birinci sinfinə gedib. 1996-cı ildən təhsilini Avropa liseyində davam etdirib. 2001-ci ildə Açıq Cəmiyyət Fondunun (Soros Fondu) xətti ilə altı ay müddətində şagird mübadiləsi proqramı çərçivəsində ABŞ-ın Kolorado ştatının Denver şəhərində, amerikan məktəbində oxuyub. 2001-ci ildə orta təhsilini başa vurub.
Humay haqqında daha çox məlumatHumay həyatımızdan parlaq, işıqlı meteor kimi keçib getdi. İndi düşünürəm ki, taleyimizə düşən meteorun işığından və istisindən, ətrafa yaydığı pozitiv enerjidən, sevinc və qəlb rahatlığından ən az yararlanan özümüz olduq. Çünki Humay kiçik fasilələrlə qısa həyatını Vətəndən, bizdən uzaqlarda keçirdi. Bilkentdə (Türkiyə) bakalavr, Nyu-Yorkda magistratura təhsili, Vaşinqtonda Dünya Bankının ofisində iş və layihələrdə iştirak, Nyu-Yorkda sonradan yarımçıq buraxdığı ikinci magistratura təhsili, Beynəlxalq Qırmızı Xaç Komitəsinin biri-birindən ..
Daha ətraflıSəhərlər soyuq qreypfrut yeyib sərin Pinot Grigio içən qadın olmaq istəyirəm
Elə bir qadın ki, uğur onu soyuğun və yad baxışların adamı tutduğu asanlıqla yaxalasın
Günəşin qırmızı-narıncı şəfəqlərinə oyanmış şəhərə yetişən bir qadın olmaq istəyirəm
Qatarda, pəncərə tərəfdəki oturacaqda, yüngül qafa, pərvazlanan ruh, amma yorğun ayaqlarla
Bütün gecəni Nina Simone dinləyərək rəqs etmiş.
Divarımdakı şəkildən görünən dişi aslan kimi nəfis
Okavango Delta, Botsvanadakı mövsümi seli
Qətiyyətlə yarıb keçən, əzəmətli.
Mətbəxdə Oz Sehirbazı kimi bir qadın!
O qadının ki, əlinin altındadır qab-qazan, çaydan, xəmir və Fransız reseptləri güman ki, Çin reseptləri də eləcə.
Daha ətraflıHumanitar təşkilatda işləmək nə deməkdir?
Cəsarətin vacibliyi -TED Talk
Payız gəldi- Vaşınqton DC Fransa mədəniyyət mərkəzi
Video
Video
Video
Video
Video
Video
Video
« Əsas insanın möhkəm kökləri və həmişə uçmağa qanadları olsun. »
Xəbərlər
19 Noyabr, 2023
“Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyətinə həsr olunmuş "Bir ilin nəticələri" adlı tədbir keçirilib
Daha ətraflı10 Oktyabr, 2023
Avstriyanın paytaxtı Vyanada “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi və xatirə gecəsi keçirilib
Tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də media təmsilçiləri iştirak edib
Daha ətraflı9 Oktyabr, 2023
8 oktyabr 2023-ci il tarixində “Zoom” platforması üzərindən “Huma Quşu” Təhsilə Yardım Fondu haqqında onlayn təlim keçirilib
Daha ətraflı5 Noyabr, 2023
“Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyətinə həsr olunmuş "Bir ilin nəticələri" adlı tədbir keçiriləcək
Daha ətraflı1 Noyabr, 2023
“Huma Quşu” Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Kiçik qrantlar proqramı: P A Y I Z Ç A Ğ I R I Ş I" elan edir
Daha ətraflı4 Oktyabr, 2023
“Huma Quşu” Təhsilə Yardım Fondunun “Kiçik qrantlar proqramı”nın qalibi olmuş Çinarə Qasımova tərəfindən fond haqqında təlim keçiriləcək
Daha ətraflıElanlar