Humay Quliyeva

« Bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma »

Dünya vətəndaşı, layiqli övlad, yüksək ziya, geniş dünya görüşü və əxlaq sahibi, humanitar xadim, mövqeli insan - sevimli Humay Quliyevanın xatirəsinə.

Huma Quşu Fondu

"Huma quşu" təhsilə yardım fondu kommersiya məqsədi güdməyən qeyri-hökümət təşkilatıdır

Fond beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılıb.

Ad seçimində Humayın ingiliscə yazdığı bir şeirin " After all, I am named after a bird living its entire life flying invisibily high above the Earth - Huma"

Fond haqqında daha çox məlumat

Məqsədimiz

İmkansız, az təminatlı ailələrin istedad, bacarıq, işgüzarlıq kimi xüsusiyyətləri ilə seçilən övladlarının ölkəmizdə və xaricdə təhsil almalarına maliyyə yardımı göstərməklə Humayın qısa həyatı boyu gördüyü xeyirxah işləri davam etdirmək, bu yolla da işıqlı xatirəsini və nəcib məqsədlərini yaşatmaqdır.

Missiyamiz

Humayın Azərbaycana sonsuz sevgisini, insanlara şəfqətli münasibətini, habelə biliyə, təhsilə, kitaba olan məhəbbətini müasir gəncliyə aşılamaqla onun kimi xeyirxah, cəmiyyət üçün faydalı insanlarin, özlərini Vətənin və xalqın gələcəyi üçün cavabdeh sayan əqidəli vətəndaşların yetişməsinə nail olmaqdir.

Dəyərlərimiz

Məsuliyyət, ədalət, elm, yaradıcı və müstəqil düşüncəni əsas dəyərlər kimi qəbul edərək Humayın halal zəhmətlə qazanılmış vəsaitinin Vətənimizin gələcəyinə töhfə vermək bacarığına malik gənclərin təhsilinə yardim istiqamətində xərclənməsini məqsədəuyğun şəkildə həyata keçirməkdir.

« Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət! »

Nizami Gəncəvi, “Sirlər xəzinəsi”

  • Bioqrafiya
  • |
  • Humay haqqında
  • |
  • Humayın yazıları

Humay Quliyeva (1985-2021)

Humay 1985-ci il noyabrın 17-də Bakıda ziyalı ailəsində anadan olub. Kiçik yaşlarından kitaba, musiqiyə, incəsənətə məhəbbət ruhunda böyüyüb. Dörd yaşında sərbəst şəkildə oxumağı öyrənib. 1991-ci ildə Bakı şəhərindəki 20 saylı orta məktəbin birinci sinfinə gedib. 1996-cı ildən təhsilini Avropa liseyində davam etdirib. 2001-ci ildə Açıq Cəmiyyət Fondunun (Soros Fondu) xətti ilə altı ay müddətində şagird mübadiləsi proqramı çərçivəsində ABŞ-ın Kolorado ştatının Denver şəhərində, amerikan məktəbində oxuyub. 2001-ci ildə orta təhsilini başa vurub.

Humay haqqında daha çox məlumat

Humay haqqında

Humay həyatımızdan parlaq, işıqlı meteor kimi keçib getdi. İndi düşünürəm ki, taleyimizə düşən meteorun işığından və istisindən, ətrafa yaydığı pozitiv enerjidən, sevinc və qəlb rahatlığından ən az yararlanan özümüz olduq. Çünki Humay kiçik fasilələrlə qısa həyatını Vətəndən, bizdən uzaqlarda keçirdi. Bilkentdə (Türkiyə) bakalavr, Nyu-Yorkda magistratura təhsili, Vaşinqtonda Dünya Bankının ofisində iş və layihələrdə iştirak, Nyu-Yorkda sonradan yarımçıq buraxdığı ikinci magistratura təhsili, Beynəlxalq Qırmızı Xaç Komitəsinin biri-birindən ..

Daha ətraflı

Humayın yazıları

Səhərlər soyuq qreypfrut yeyib sərin Pinot Grigio içən qadın olmaq istəyirəm

Elə bir qadın ki, uğur onu soyuğun və yad baxışların adamı tutduğu asanlıqla yaxalasın

Günəşin qırmızı-narıncı şəfəqlərinə oyanmış şəhərə yetişən bir qadın olmaq istəyirəm

Qatarda, pəncərə tərəfdəki oturacaqda, yüngül qafa, pərvazlanan ruh, amma yorğun ayaqlarla

Bütün gecəni Nina Simone dinləyərək rəqs etmiş.

Divarımdakı şəkildən görünən dişi aslan kimi nəfis

Okavango Delta, Botsvanadakı mövsümi seli

Qətiyyətlə yarıb keçən, əzəmətli.

Mətbəxdə Oz Sehirbazı kimi bir qadın!

O qadının ki, əlinin altındadır qab-qazan, çaydan, xəmir və Fransız reseptləri güman ki, Çin reseptləri də eləcə.

Daha ətraflı

Humayın videoları

Tərəfdaşlarımız

Media Qalereya

Bütün şəkillər

« Əsas insanın möhkəm kökləri və həmişə uçmağa qanadları olsun. »

Humay Quliyeva

Xəbərlər

Huma Quşu Fondu olaraq sevincimizi sizinlə bölüşməyin qürurunu yaşayırıq

22 Mart, 2024

Əziz dostlar, Huma Quşu Fondu olaraq sevincimizi sizinlə bölüşməyin qürurunu yaşayırıq

Təxminən 15 gün bundan əvvəl Sənan Mirzəzadə haqqında paylaşım etmişdik

Daha ətraflı

Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında “Qızıl toxum” macəra tamaşası nümayiş etdirilib.

7 Mart, 2024

Bakı Avropa Liseyi və Huma Quşu Fondunun “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsi çərçivəsində baş tutub

Daha ətraflı

Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verir.

16 Fevral, 2024

📢Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verir

Daha ətraflı

Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verir.

16 Fevral, 2024

📢Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verir

Daha ətraflı

“KİÇİK QRANTLAR PROQRAMI - PAYIZ ÇAĞIRIŞI” müsabiqəsinin qalibləri açıqlandı

5 Fevral, 2024

“Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən elan edilmiş Azərbaycanda və xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün “KİÇİK QRANTLAR PROQRAMI - PAYIZ ÇAĞIRIŞI” (2023) müsabiqəsinə yekun vurulub

Daha ətraflı

"Kiçik qrantlar proqramı - Payız çağırışı" üçün e-ərizələrin qəbulu zamanı tələb olunan sənədlər

11 Dekabr, 2023

"𝐊𝐢ç𝐢𝐤 𝐪𝐫𝐚𝐧𝐭𝐥𝐚𝐫 𝐩𝐫𝐨𝐪𝐫𝐚𝐦ı: 𝐏 𝐀 𝐘 𝐈 𝐙 Ç 𝐀 Ğ 𝐈 𝐑 𝐈 Ş 𝐈" üçün e-ərizələrin qəbulu zamanı müraciət edən şəxslər şərtlərdə qeyd etdiyimiz sənədləri göndərmir

Daha ətraflı

Elanlar