"Huma Quşu" təhsil fondu təqaüd proqramı elan edir

“Huma quşu” Təhsilə Yardım Fondu ADA Universiteti ilə birlikdə sözügedən universitetdə magistr təhsili almaq istəyən tələbələr üçün təqaüd proqramını elan edir.

Bu proqram çərçivəsində aztəminatlı ailələrdən üç nəfərin seçilərək aşağıdakı ixtisaslardan birində təhsilini davam etdirməsi planlaşdırılır:

  • Diplomatiya və beynəlxalq münasibətlər
  • Dövlət İdarəçiliyi (ingilis və ya Azərbaycan dilində)
  • Təhsilin İdarəçiliyi (ingilis və ya Azərbaycan dilində)
  • İngilis dilində təhsil və tədris (ingilis və ya Azərbaycan dilində)
  • Biznesin idarə olunması

Kimlər təqaüd üçün müraciət edə bilər?

  • Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları
  • Müraciət etdikləri vaxt 16-35 yaşı olan tələbələr
  • Yüksək təhsil nəticələrinə malik olanlar (4.0 GPA üzərindən 3.2 bala malik və ya 100 ballıq sistemdə ən az 85 bal toplayanlar)
  • Ailə üzvlərinin gəliri adam başına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməyiniz lazım olacaqdır)
  • Azərbaycandakı universitetlərin məzunları

Təqaüdə necə müraciət etmək olar?

Onlayn müraciət üçün son tarix - 2023-2024 tədris ili üçün 31mart 2023-cü il

Qeyd: Onlayn müraciət formatında cavabları “save” etmək olmur. Zəhmət olmasa, esse suallarına cavabları əvvəlcədən hazırlayın. Buraya daxil olaraq müraciət üçün sualları görə bilərsiniz.

Bu sənədlər müraciət forması ilə bir təqdim olunmalıdır:

  1. Ən yeni qiymət cədvəli
  2. İki ədəd tövsiyə məktubu
  3. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və ya iş yerindən arayış (maaş göstərilməlidir)
  4. Ailə üzvləri haqqında məlumat
  5. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (şablon form bu keçiddədir)

Lazımi sənədləri humagushufund@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.


Seçim prosesi təqdim olunan müraciətlərə və sənədlərə baxılması və intervü mərhələlərindən ibarət olacaqdır. Təqaüd proqramı və müraciət prosesi barədə suallarınızı humagushufund@gmail.com mail ünvanına göndərməyiniz xahiş olunur.