“Huma Quşu” Təhsilə Yardım Fondu Azərbaycanda və xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün “Kiçik qrantlar proqramı” elan edir

Proqramın şərtləri

Təqaüd üçün kimlər müraciət edə bilər?

  • Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları.
  • Müraciət etdikləri vaxt 16-35 yaşı olan tələbələr.
  • Yüksək təhsil nəticələrinə malik olanlar (4.0 GPA üzərindən 3.2 bala malik və ya 100 ballıq sistemdə ən az 85 bal toplayanlar).
  • Ailə üzvlərinin gəliri adam başına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməyiniz lazım olacaqdır).

Təqaüdə necə müraciət etmək olar?

Ərizələr “Huma Quşu” Fondunun saytından bu keçiddən yüklənə bilər.

! Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən bu keçiddən götürərək hazırlayıb müraciət formasını doldura bilərsiniz.

Sualların cavablandırılması ilə yanaşı humagushufund@gmail.comünvanına aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

  1. Ən yeni qiymət cədvəli
  2. Azərbaycan və ya ingilis dillində, yerli və ya xarici müəssisədən iki tövsiyə məktubu
  3. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (maaş göstərilməlidir)
  4. Ailə üzvləri haqqında məlumat
  5. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (cədvəl bu keçiddədir)

! Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

!Qrantın məbləği: 2500 AZN-ə qədər

! E-ərizələrin son təqdimetmə tarixi: 30 iyun 2023-cü il


Seçim mərhələləri:

01-10 iyul 2023. Təqdim olunan müraciət və sənədlərin müzakirəsi.

10-12 iyul 2023. İntervyu.

14 iyul 2023. Nəticələrin – 2 (iki) qalibin – elan olunması.

Təqaüd proqramı və müraciət prosesi barədə əlavə məlumat üçün humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz