“Huma Quşu” Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Kiçik qrantlar proqramı: P A Y I Z Ç A Ğ I R I Ş I" elan edir.

“Huma Quşu” Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Kiçik qrantlar proqramı: P A Y I Z Ç A Ğ I R I Ş I" elan edir.

🎓 P r o q r a m ı n ş ə r t l ə r i

Təqaüd üçün kimlər müraciət edə bilər?

  • Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;
  • Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;
  • Yüksək təhsil nəticələrinə malik olanlar (4.0 GPA üzərindən 3.2 bala malik və ya 100 ballıq sistemdə ən az 85 bal toplayanlar);
  • Ailə üzvlərinin gəliri adambaşına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Təqaüdə necə müraciət etmək olar?

Ərizələr “Huma Quşu” Fondunun saytından https://humagushu.az/az/Apply yüklənə bilər.

📝Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz - https://t.ly/tnI5

Sualların cavablandırılması ilə yanaşı humagushufund@gmail.com elektron poçt ünvanına aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

  1. Ən yeni qiymət cədvəli
  2. Azərbaycan və ya ingilis dillində, yerli və ya xarici müəssisədən iki tövsiyə məktubu
  3. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)
  4. Ailə üzvləri haqqında məlumat
  5. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (https://t.ly/rzJBp)

❗Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

❗Qrantın məbləği: 2500 AZN-ə qədər

❗E-ərizələrin son təqdimetmə tarixi: 31 dekabr 2023-cü il

🗓️ Seçim mərhələləri:

1-20 yanvar 2024 - Təqdim olunan müraciət və sənədlərin müzakirəsi 📑

1 fevral 2024 - İntervü 📕

5 fevral 2024 - Qaliblərin elan olunması 🏆

Təqaüd proqramı və müraciət prosesi barədə əlavə məlumat üçün humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz ✅