“KİÇİK QRANTLAR PROQRAMI - PAYIZ ÇAĞIRIŞI” müsabiqəsinin qalibləri açıqlandı

“Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən elan edilmiş Azərbaycanda və xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün “KİÇİK QRANTLAR PROQRAMI - PAYIZ ÇAĞIRIŞI” (2023) müsabiqəsinə yekun vurulub.

Müsabiqə ilə bağlı 60-dan çox müraciət edilib ki, onlardan akademik uğurları qoyulan həddə cavab verən 17 nəfərin ərizəsi seçilərək İdarə Heyəti üzvlərinin qiymətləndirməsinə təqdim olunub.

Müsabiqəyə təqdim olunmuş ərizələrin və aparılmış intervyuların qiymətləndirilməsi nəticəsində 2 iştirakçı müsabiqənin qalibləri elan edilib və 2500 AZN məbləğində qrantla mükafatlandırılıblar:

1. Əhməd Ağamalıyev. Bakı Ali Neft Məktəbi. İnformasiya təhlükəsizliyi

2. Xumar Rəhmanova. Ege Universitesi. Doktorantura. Kök hüceyrə

Yüksək bal toplaması, intervyunu uğurla keçməsi, eyni zamanda toplanmış əlavə vəsait imkanlarını nəzərə alaraq, daha 3 iştirakçının müsabiqə qalibi elan edilməsi və 2500 AZN qrant ilə mükafatlandırılmasına dair qərar qəbul edilib:

1. Ayan Aslanova. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası. İnstrumental ifaçılıq. Fortepiano

2. Afaq İsmiyeva. Ankara Musiqi və İncəsənət Universiteti. Musiqi nəzəriyyəsi

3. Raul Hüseynov. ADA universiteti. Diplomatiya və Beynəlxalq Münasibətlər

Təhsil əzmilə çətin maneələri dəf etdiyinə, yüksək akademik uğur nümayiş etdirdiyinə, eləcə də intervyu zamanı nümayiş etdirdiyi inkişaf potensialına görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşunaslıq ixtisası üzrə təhsil alan Ceyran Bayramova xüsusi təsis edilmiş "CƏSARƏT QRANTI" nominasiyasında qalib elan edilib və 1500 AZN həcmində qrantla mükafatlandırılıb.

“Huma Quşu” Təhsilə Yardım Fondu qalibləri təbrik edir, onların elm, təhsil və təcrübə sahələrində miqyaslı düşüncəyə sahib olmaq, Azərbaycanı dünya səviyyəsində tanıtmaq və təmsil etmək, eləcə də ölkəmizin inkişafına yönəlmiş potensialın formaşaldırılması naminə ciddi uğurlar əldə edəcəklərinə əmin olduğunu bir daha vurğulayır.