Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verir.

📢Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verir.

Layihə çərçivəsində 6 mart 2024-cü il, saat 17.00-da Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında “Qızıl toxum” macəra tamaşası nümayiş etdiriləcək 🎭 “Qızıl toxum” tamaşası üçün bilet satılmayıb. Hər qonaq tamaşanın ən hörmətli və ən arzuolunan iştirakçısıdır. Tamaşanın gənc aktyorları isə Bakı Avropa Liseyinin istedadlı şagirdləri olacaq.

Layihə çətin həyat şəraitinə baxmayaraq maneələri uğurla dəf edib yüksək göstəricilərə çatan və təhsilini davam etdirmək istəyən cəsur gənclərə dəstək məqsədi daşıyır.

Huma Quşu Fondunun ianə hesabına (https://humagushu.az/az/Donate) köçürmə etməklə aztəminatlı ailələrdən olan gənclərə Siz də dəstək ola bilərsiniz.

Dəvətnamənin göndərilməsi və əlavə məlumat üçün fondun (+994) 553300533 nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik 📱

“Qızıl toxum” macəra tamaşasında Sizi də görməkdən məmnun olarıq 🤗