İyunun 1-də Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində “Huma Quşu” Fondunun təqdimatı keçiriləcək.

📣 Əziz dostlar,

İyunun 1-də Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində “Huma Quşu” Fondunun təqdimatı keçiriləcək.

🎓 Qeyd edək ki, hazırda Macarıstanda 700-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Məhz buna görə "Huma Quşu" Fondu olaraq qərara gəldik ki, səfirlikdə onlarla görüş təşkil edək və “Huma Quşu” Fondunun fəaliyyəti, proqramları və elan etdiyi Qrant müsabiqəsi barədə onlara məlumat verək. Görüşə tələbələrlə yanaşı disaspor nümayəndələri də dəvət olunur.

Ümid edirik ki, bu görüş sayəsində Macarıstanda təhsil alan tələbələrimiz "Huma Quşu" Fondunun təqdim etdiyi təqaüd proqramlarından faydalanmaq imkanı əldə edəcəklər 🤗

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

📱0553300533

📧humagushufund@gmail.com