Dekabrın 7-də Huma Quşu Təhsilə Yardım Fondunun «Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi» adlı xeyriyyə axşamı keçiriləcək.

Dekabrın 7-də Huma Quşu Təhsilə Yardım Fondunun «Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi» adlı xeyriyyə axşamı keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə tanınmış caz ustası Salman Qəmbərov və Bakustic Jazz qrupunun, eləcə də xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun ifasında zəngin konsert proqramı nümayiş olunacaq🎼🎷

Eyni zamanda rəsm əsərlərindən ibarət sərgi keçiriləcək 🖼️

Xeyriyyə axşamında iştirak etmək üçün biletləri iTicket.az-ın satış məntəqələrindən və ya aşağıdakı linkə daxil olaraq onlayn şəkildə əldə edə bilərsiniz:

https://t.ly/XIkML

Qeyd edək ki, bilet və rəsmlərin satışından əldə edilən vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək.