Huma Quşu Təhsilə Yardım Fondunun İdarə Heyətinin iclası keçirilib.

📢 Huma Quşu Təhsilə Yardım Fondunun İdarə Heyətinin iclası keçirilib.

Onlayn formatda baş tutan görüşdə yeni təqaüd proqramının elan olunması barədə qərar qəbul edilib. Humayın "Xəyaldan gerçəyə" təqaüdü adlanacaq müsabiqə barədə rəsmi saytımızda və sosial şəbəkə hesablarımızda əlavə məlumat veriləcək.

İclasda bundan başqa AZERCELL ilə əməkdaşlıq çərçivəsində "Qızların STEM təhsilinə dəstək" proqramı müzakirə edilib və nəticədə bu gün layihənin təqdimatı keçirilib ✅

Qeyd edək ki, iclasda işçi qrupun üzvləri də iştirak edib.