Humayın "Xəyaldan gerçəyə" təqaüd müsabiqəsinin qalibləri açıqlanıb

"Huma Quşu" Təhsilə Yardım Fondunun elan etdiyi Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün Humayın "Xəyaldan gerçəyə" təqaüd müsabiqəsinin qalibləri müəyyən olunub.

Müsabiqəyə 71 ərizə təqdim edilsə də, onlardan yalnız 47-si müsabiqənin texniki şərtlərinə uyğun tərzdə tərtib edilib. 12 namizəd isə intervüyə dəvət olunub.

Fondun İdarə Heyəti tərəfindən ərizə təqdimatı və intervünün nəticələrinə əsasən 3 əsas qrantdan əlavə 1 iştirakçı da eyni gücdə olduğu nəzərə alınmaqla "Müsabiqə qalibi" siyahısında yer alıb və 2500 AZN məbləğindəki təqaüdlə mükafatlandırılıb:

1. Nigar Qurbanova - Bakı Mühəndislik Universiteti. İnformasiya texnologiyaları məzunu

2. Leyla Məmmədli - Bakı Mühəndislik Universiteti. Kompüter elmləri - 3cü kurs

3. Ayşə Nərimanova - Qaradəniz Texniki Universiteti. Tarix - PhD

4. Mələk Səmədova - Azərbaycan Dövlət İqtisad Universiteti. İqtisadiyyat - 2ci kurs

Qalibləri təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzu edirik.