Humayın “Qızların STEM-də yüksəlişi” təqaüdünün qalibləri bəllidir

"Huma Quşu" Təhsilə Yardım Fondunun AZERCELL ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və xaricdə STEM sahəsində bakalavr, magistr, PhD səviyyəsində təhsil alan və aztəminatlı ailələrdən olan qızlar üçün elan etdiyi Humayın Qızların STEM-də yüksəlişi təqaüdünün qalibləri müəyyən olunub.

Müsabiqəyə 113 ərizə təqdim edilsə də, onlardan yalnız 60-ı müsabiqənin texniki şərtlərinə uyğun tərzdə tərtib edilib. 16 namizəd isə intervüyə dəvət olunub.

Müsabiqə elan edilərkən 5 qalibimizin olacağını açıqlasaq da, intervüyə dəvət olunanların yüksək səviyyədə bilik, bacarıq və əzmkarlıq nümayiş etdirmələri, eləcə də nəticələrinin bir-birinə çox yaxın olması əsas götürülərək Fondun İdarə Heyəti tərəfindən 10 nəfərin qalib elan edilməsi haqqında qərar qəbul edilib. "Huma Quşu" Fondu bunu nəzərə alaraq AZERCELL tərəfindən ayrılan 12500 AZN həcmindəki vəsaitə eyni məbləği əlavə edərək müsabiqə fondunu 25000 AZN-ə yüksəldib və hər bir qalib 2500 AZN məbləğində təqaüdlə mükafatlandırılıb:

1. Şahanə Məmmədəliyeva - Bakı Dövlət Universiteti. "Riyaziyyat müəllimliyi" (məzun)

2. Dinara Rüstəmzadə - Bakı Ali Neft Məktəbi. “Kompüter mühəndisliyi” (1-ci kurs)

3. Nurlanə Hümbətova - UFAZ-Azərbaycan-Fransız Universiteti. “Kimya mühəndisliyi” (3-cü kurs)

4. İranə Hüseynzadə - Bakı Ali Neft Məktəbi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (5-ci kurs)

5. Leyla Quliyeva - Bakı Ali Neft Məktəbi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (4-cü kurs)

6. İlknur Səmədzadə - Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti. “Kompüter elmləri” (4-cü kurs)

7. Əsmər Abbasova - Azərbaycan Dövlət İqtisad Universiteti. “İnformasiya təhlükəsizliyi” (3-cü kurs)

8. Səidat Həsənova - Bakı Mühəndislik Universiteti. “Kompüter mühəndisliyi” (3-cü kurs)

9. Səbinə Qasımova - Constructor Universiteti (Almaniya, Bremen). “Kompüter elmləri” (1-ci kurs)

10. Gülnarə Qəniyeva - Bakı Mühəndislik Universiteti. “Kimya müəllimliyi” (4-cü kurs)

Qeyd edək ki, Gülnarə Qəniyeva məhz xüsusi cəsarət və əzmkarlıq nümayiş etdirdiyinə görə “Cəsarət qrantı” kateqoriyasında qalib elan edilib.

Onu da bildirək ki, bir və yaxud iki valideynini itirmiş müraciətçilər arasından 10 nəfər seçilərək "Div Academy"nin təşəbbüsü və dəstəyi ilə akademiyanın kurslarına ödənişsiz formada qoşulmaq şansı əldə edəcəklər.

Qaliblərimizi təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzu edirik.