Huma Quşu Fondu seminarlara start verir
Huma Quşu Təhsilə Yardım Fondu tərəfindən 13 aprel tarixindən etibarən müxtəlif mövzularda seminarların keçirilməsinə başlanılacaq. Məqsəd tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verməkdir. Hər bir seminarda aktual mövzulara toxunulacaq və faydalı məlumatlar veriləcək.
Seminarın cədvəli:
13 aprel, saat 10:00 – 11:30
Mövzu: Məşğulluğa açar: CareerEdge Modeli və Emosional Zəka
İş həyatında uğur qazanmaq üçün vacib bacarıqlar və emosional zəkanın rolu haqqında danışacağıq.
20 aprel, saat 10:00 – 11:30
Mövzu: İş və şəxsi həyat üçün pozitivlik strategiyası
Stressi idarə etmək və müsbət yanaşma formalaşdırmaq üçün praktik yollarla tanış olacaqsınız.
27 aprel, saat 10:00 – 11:30
Mövzu: Maliyyə savadlılığı: Sağlam həyat və uğurlu karyeranın əsaslarından biri
Şəxsi maliyyəni necə idarə etməli və bu bacarığı necə karyeranıza faydalı etməli – bu haqda ətraflı danışacağıq.
Onu da bildirək ki, təlimlər AccessBankın Təhsil və İnkişaf şöbəsinin rəhbəri, Xəzər Universitetinin müəllimi Xumar Hüseynova tərəfindən onlayn formada keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər ad və soyadlarını Fondun Whatsapp nömrəsinə yaza bilərlər: (055) 330 05 33
Gəlin birlikdə öyrənək, inkişaf edək və güclənək!