Daha bir tələbə "Humayın təhsil ADAsı" proqramının qalibi elan edildi

Validə Məmmədli “Humayın təhsil ADAsı” proqramında Huma Quşu Fondunun dəstəyini qazanıb. Dəstək ADA Universitetinin müraciəti əsasında və bu proqramda qənaət olunmuş vəsait hesabına həyata keçirilib.

Validə Məmmədli ADA Universitetində magistr təhsili almaq üçün 5000 AZN qrantla mükafatlandırılıb.

Qalibimizi təbrik edir, gələcək təhsil həyatında uğurlar arzu edirik.