Humayın "Xəyaldan gerçəyə" təqaüd müsabiqəsinin qalibləri açıqlanıb

Huma Quşu" Təhsilə Yardım Fondunun elan etdiyi Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün növbəti Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin qalibləri müəyyən olunub.

Müsabiqəyə 61 ərizə təqdim edilsə də, onlardan yalnız 42-si müsabiqənin texniki şərtlərinə uyğun tərzdə tərtib edilib. 15 namizəd isə intervüyə dəvət olunub.

Fondun İdarə Heyəti tərəfindən akademik müvəffəqiyyət göstəriciləri, ərizə üzrə topladıqları bal və intervyu üzrə topladıqları ortalama bal nəzərə alınaraq 5 iştirakçı “Müsabiqə qalibi” olub və hər biri 2500 AZN məbləğində təqaüdlə mükafatlandırılıb:

1. Şəhriyar Qədirov - Azərbaycan Dövlət İqtisad Universiteti. Maliyyə - 3-cü kurs

2. Ayşə Nərimanova - Qaradəniz Texniki Universiteti. Tarix - PhD

3. Amaliya Məmmədova - Azərbaycan Dövlət İqtisad Universiteti. Biznesın idarə edilməsi - 3-cü kurs

4. Fatimə Dadaşova - Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu

5. Nazilə Babazadə - Bakı Mühəndislik Universitetinin məzunu

Qalibləri təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzu edirik.