Xeyriyyə gecəsində ümumilikdə 20 min manata yaxın vəsait toplandı

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən "Səsimiz Səsindir, Humay" adlı xeyriyyə gecəsi keçirilib. Elm və mədəniyyət xadimləri, qazilər, şəhid ailəsi üzvləri, magistr və tələbələr, Fondun dostları, təəssübkeşləri və media təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə rəsm əsərlərinin sərgi-satışı keçirilib və milli musiqi nümunələrindən ibarət proqram təqdim olunub.

Xeyriyyə gecəsində bilet və rəsmlərin satışı, eləcə də ianələrdən 19 977 manat toplanılıb. Bu vəsait aztəminatlı ailələrdən olan gənclərin Fondun 9 aktiv proqramı çərçivəsində dəstəklənməsinə yönləndiriləcək.

Xeyriyyə gecəsində yanımızda olan, yardım edən hər kəsə verdikləri əvəzsiz dəstəyə görə bir daha təşəkkür edirik.