Huma Quşu Fondunun Himayəçilik Şurasının növbəti görüşü keçirilib
Huma Quşu Təhsilə Yardım Fondunun Himayəçilik Şurasının növbəti görüşü baş tutub. Görüşdə fondun il ərzində gördüyü işlər dəyərləndirilib, növbəti il üçün fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər ətraflı müzakirə olunub.
Xüsusilə 2026-cı ildə həyata keçiriləcək layihələr, tələbələrin təhsilinə və inkişafına dəstək proqramları, təqdimatlar, ianə tədbirləri və kampaniyaları, eləcə də Fondun yeni təşəbbüsləri görüşün əsas müzakirə mövzusu olub.
Qarşıda bizi maraqlı layihələr, tələbələr üçün yeni imkanlar və birlikdə görüləcək gözəl işlər gözləyir.
Əminik ki, birlikdə daha çox gəncin həyatına işıq saçacağıq.