“Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsinin tam videosu və xüsusi seçilmiş anları artıq saytımızda!
Noyabrın 16-da Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Huma Quşu” Təhsilə Yardım Fondunun təşkil etdiyi “Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi baş tutdu. Gecə rəsm sərgisi ilə başladı, Fondun prezidenti Şəhla Vəzirovanın nitqi ilə davam etdi və qonaqlara unudulmaz musiqi proqramı təqdim olundu.
Bu mənalı gecənin musiqi proqramını təqdim edən sənətkarlar:
Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimov, onun rəhbərliyi ilə Qarabağ muğam qrupu (Xalq artisti Elçin Həşimov – tar), muğam müsabiqələrinin qalibləri Təyyar Bayramov (Əməkdar artist), Arzu Əliyeva (Əməkdar artist), Aytən Məhərrəmli, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, Xəyal Hüseynov, tarzən Rəşad İbrahimovun rəhbərlik etdiyi Muğam instrumental ansamblı, həmçinin Əməkdar artist Nuriyyə Hüseynova və Təbriz Yusifov (kaman) — peşəkarlığı və dəyərli ifaları ilə gecəyə xüsusi rəng qatdılar.
Tədbirin aparıcısı Şəfaqət Məmmədova isə gecənin bədii axarını ustalıqla təmin etdi.
Həmin gecənin ən yaddaqalan anlarını yenidən yaşamaq üçün sizi videolara baxmağa dəvət edirik:
https://www.youtube.com/watch?v=xJ4gQlywLTc