“Humayın təhsil ADAsı” təqaüd müsabiqəsinin növbəti mərhələsi yekunlaşıb
“Huma Quşu” Təhsilə Yardım Fondunun ADA Universitetində magistr təhsili almaq istəyən gənclər üçün təşkil etdiyi “Humayın təhsil ADAsı” təqaüd müsabiqəsi üzrə seçim prosesi davam edir.
Müsabiqənin növbəti seçim mərhələsi çərçivəsində Fondun Himayəçilik Şurası tərəfindən namizədlərin müraciət formalarının (təqdim etdikləri esselərin) qiymətləndirilməsi həyata keçirilib. İlkin seçim mərhələsini uğurla tamamlayan 8 nəfərin yazılı işləri Şura üzvləri tərəfindən ətraflı nəzərdən keçirilib.
Aparılan qiymətləndirmənin nəticələrinə əsasən, meyarlara cavab verən 7 namizədin növbəti – intervü mərhələsinə dəvət olunması barədə qərar qəbul edilib.
“Huma Quşu” Təhsilə Yardım Fondu növbəti mərhələyə vəsiqə qazanan bütün gənclərə uğurlar arzulayır. Qeyd edək ki, seçim prosesi və qarşıdakı mərhələlərlə bağlı yenilikləri Fondun rəsmi internet saytı və sosial media kanalları vasitəsilə izləmək mümkündür.