“Humayın təhsil ADAsı” təqaüd proqramının qalibləri müəyyənləşib
“Huma Quşu” Təhsilə Yardım Fondu ADA Universitetində magistr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün elan etdiyi “Humayın təhsil ADAsı” təqaüd proqramının nəticələrini açıqlayıb.
Müsabiqəyə müraciət edən 14 nəfərdən 7 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Fondun Himayəçilik Şurası tərəfindən namizədlərin akademik müvəffəqiyyət göstəriciləri, ərizə forması və müsahibə üzrə topladıqları orta ballar ətraflı şəkildə qiymətləndirilib. Yekun qərara əsasən, 2 iştirakçı müsabiqənin qalibi seçilib.
Müsabiqənin qalibləri:
1.Sürəyya İslamova
2.Rüstəm Əmirov
Fondun Himayəçilik Şurasının qərarı ilə müsabiqə çərçivəsində daha iki tələbəyə dəstək göstərilib. Belə ki, böyük inadkarlıq və cəsarətlə təhsilini davam etdirmək əzmi nümayiş etdirdiyinə görə Aytac Səmədova “ Cəsarət qrantı” qazanıb.
Digər namizəd Aişə Bəşirli isə “İstedadlı Gənclərin Çoxpilləli Təhsilinə Dəstək Proqramı”na yönləndirilib və onun təhsilini davam etdirməsi məqsədilə Fond tərəfindən 5000 AZN vəsait ayrılıb.
“Huma Quşu” Təhsilə Yardım Fondu qalibləri təbrik edir və onlara gələcək akademik fəaliyyətlərində uğurlar arzu edir.