Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsində 2-ci mərhələ yekunlaşıb
“Huma Quşu” Təhsilə Yardım Fondunun Azərbaycanda və xaricdə bakalavr, magistr və PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün elan etdiyi Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin 2-ci mərhələsi uğurla başa çatıb.
Mərhələ çərçivəsində Fondun Himayəçilik Şurasının üzvləri tərəfindən ilkin mərhələni keçən 41 namizədin müraciət formaları qiymətləndirilib. Aparılan qiymətləndirmənin nəticələrinə əsasən, 19 nəfərin intervü mərhələsinə dəvət olunması qərara alınıb.
Seçim prosesi və qarşıdakı mərhələlərlə bağlı məlumatları Fondun rəsmi resurslarından izləyə bilərsiniz.