Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin qalibləri bəlli olub
Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün elan olunmuş növbəti Humayın "Xəyaldan gerçəyə" (Yaz 2026) təqaüd müsabiqəsinin qalibləri müəyyən olunub.
Müsabiqəyə ümumilikdə 74 ərizə təqdim edilsə də, onlardan 41-i texniki şərtlərə uyğun gəlib və 19 namizəd müsahibə mərhələsinə dəvət olunub. Müsabiqə elan edilərkən ilk olaraq 4 qalibin seçiləcəyi açıqlansa da, namizədlərin akademik göstəriciləri, ərizə və müsahibə üzrə topladıqları orta ballar arasındakı fərqin az olması, eləcə də Fonda əlavə vəsaitin daxil olması nəzərə alınaraq Himayəçilik Şurası tərəfindən qalib sayının 12 nəfərə çatdırılması haqqında qərar qəbul edilib. Qaliblərin hər birinə 2500 AZN məbləğində təqaüd verilib.
Təqaüdə layiq görülən qaliblər aşağıdakılardır:
1. Məhəmmədəli Ayralov — Bakı Mühəndislik Universiteti, Kimya mühəndisliyi (məzun)
2. Ruhin Kərimli — Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə (4-cü kurs)
3. İlknur Mürsəlova — Azərbaycan Tibb Universiteti (6-cı kurs)
4. Nurlan Yusifov — ADA Universiteti, İnformasiya texnologiyaları (2-ci kurs)
5. Murtuzəli Allahverdiyev — Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İNHA Universiteti (məzun)
6. Sevgin Şahbazova — Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (3-cü kurs)
7. Xədicə Paşayeva — Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə və mühasibat (4-cü kurs)
8. Zərifə Əsədullayeva — Bakı Ali Neft Məktəbi, Kimya mühəndisliyi (4-cü kurs)
9. Sahil Əlizadə — Bakı Ali Neft Məktəbi, Kompüter mühəndisliyi (3-cü kurs)
10. Nizaməddin İsrafilli — Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi (məzun)
11. Aliya Kurmayeva — Azərbaycan-Fransız Universiteti, Kimya mühəndisliyi (4-cü kurs)
12. Aysun Hüseynova — Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İNHA Universiteti, İnformasiya texnologiyaları (məzun)
Müsabiqə üzrə ayrılan ümumi büdcə 30 000 AZN təşkil edib. Qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.