Yazıçı Reyhan Yusifqızının Humay Quliyevaya həsr olunmuş “Huma quşu əfsanəsi” hekayəsi yayımlanıb

Tanınmış yazıçı Reyhan Yusifqızının Humay Quliyevanın əziz xatirəsinə həsr etdiyi “Huma quşu əfsanəsi” adlı hekayəsi ölkənin aparıcı ədəbiyyat portallarından biri olan kulis.az-da oxucuların ixtiyarına verilib.

Yeddi il Beynəlxalq Qırmızı Xaç Komitəsində fədakarlıqla çalışmış və faciəli şəkildə həlak olan Humay Quliyevanın həyat yoluna işıq salan əsərdə onun uşaqlıq xatirələri, doğma Bakı şəhərinə və Xəzərə olan sevgisi, eləcə də dünyanın qaynar nöqtələrində insanlara yardım etmək üçün keçdiyi şərəfli yol əks olunub. Hekayəni daha da təsirli və gerçək edən məqamlardan biri də mətnə məhz Humayın öz esselərindən götürülmüş duyğulu və dərin mənalı parçaların daxil edilməsidir.

Hər zaman qəlbimizdə yaşayacaq Humayın əziz xatirəsinə ehtiramla qələmə alınmış bu əsəri oxumaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://kulis.az/xeber/nesr/huma-qusu-efsanesi-reyhan-yusifqizinin-hekayesi-70220