“Huma Quşu” Fondu İT təhsili alan qazilərlə onlayn görüş keçirib

26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində “Qazilərin İT təhsilinə dəstək proqramı” çərçivəsində təhsil alan qazilərimizlə onlayn görüş baş tutub.

Görüşdə Fond nümayəndələri Silahlı Qüvvələr Günü münasibətilə qaziləri təbrik edib, onlara cansağlığı və təhsillərində uğurlar arzulayıblar.

Təqaüdçülərimiz cari dərsləri, akademik göstəriciləri, təlimlər müddətində qazandıqları yeni bilik və təcrübələr, eləcə də gələcək karyera hədəfləri barədə məlumat veriblər.

Görüşdə həmçinin Fondun təqdim etdiyi mentorluq dəstəyi müzakirə olunub. Qazilərin fərdi və peşəkar inkişaf yolunda qarşılaşdıqları çətinliklərin və yaranan sualların operativ həlli barədə fikir mübadiləsi aparılıb.