"Azərbaycan müəllimi" qəzetində "Xəyaldan gerçəyə" təqaüdçümüz Aysun Hüseynova haqqında məqalə dərc olunub
Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat organı olan “Azərbaycan müəllimi” qəzetində “Huma Quşu” Təhsilə Yardım Fondunun “Xəyaldan gerçəyə” (2026) təqaüd müsabiqəsinin qalibi Aysun Hüseynovanın uğur hekayəsinə həsr olunmuş geniş məqalə işıq üzü görüb.
“Maliyyə imkanlarının məhdudluğu arzudan imtina səbəbi deyil – Xəyaldan gerçəyə addımlayan Aysun” sərlövhəli məqalədə gənc tələbənin təhsil yolunda qarşılaşdığı çətinliklər, əldə etdiyi nailiyyətlər və “Huma Quşu” Fondunun təqaüd proqramının onun akademik həyatındakı rolu vurğulanıb.
Fond olaraq istedadlı və əzmkar gənclərimizin səsinin daha geniş auditoriyaya çatdırılmasına görə “Azərbaycan müəllimi” qəzetinə təşəkkürümüzü bildirir, Aysun Hüseynovaya gələcək təhsil və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq.