“Huma Quşu” Təhsilə Yardım Fondunun ADA University ilə birlikdə bu ali məktəbdə magistr təhsili almaq istəyən gənclərə təqaüd proqramı haqqında elan etdiyi müsabiqəyə yekun vurulub.

Müsabiqənin qalibi Azərbaycan Dillər Universitetinin məzunu Bibixanım Azad qızı Səmədova olub. O, Fondun təqaüdü hesabına ADA Universitetində Təlim və tədrisin təşkili və metodikası ixtisası üzrə magistr təhsili alacaq.

Bibixanım Səmədovanı təbrik edir, ona təhsildə və həyatda böyük uğurlar arzulayırıq.