Avstriyanın paytaxtı Vyanada “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi və xatirə gecəsi keçirilib
Avstriyanın paytaxtı Vyanada “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi və xatirə gecəsi keçirilib
Tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də media təmsilçiləri iştirak edib. Tədbirə ev sahibliyi edən Azərbaycanın Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova təşkilatların təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən, Mərkəzin təhsil və mədəniyyət sahələrində fəaliyyətindən danışıb. Daha sonra “Huma Quşu” fondunun sədri Şəhla Vəzirova fondun fəaliyyət prinsipləri, prosedurları, kommunikasiya imkanları və son bir ildə dəstəklədiyi layihələr barədə təqdimatla çıxış edib. Tədbir Humay Quliyeva haqqında filmin nümayişi ilə davam edib.
Xatirə gecəsində Humayın sevə-sevə dinlədiyi Azərbaycan və Qərbi Avropa müəlliflərinin əsərləri də təqdim olunub. Solistlər Jalə Rəsulova (piano), Fərid Feyzullayev (skripka), Filip Henri (gitara), Anton Balynskiy (klarnet), Lidia Mashek (cello) və Nataliya Stepanskanın (vokal) ifasında Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Arkanjelo Corelli, Astor Piazolla və Jaime Ovallenin əsərləri səsləndirilib.