Huma Quşu Fondu olaraq sevincimizi sizinlə bölüşməyin qürurunu yaşayırıq

Əziz dostlar, Huma Quşu Fondu olaraq sevincimizi sizinlə bölüşməyin qürurunu yaşayırıq

Təxminən 15 gün bundan əvvəl Sənan Mirzəzadə haqqında paylaşım etmişdik. Eşitmə və nitq məhdudiyyəti olmasına baxmayaraq o, texnologiya sahəsində qeyri-adi bacarıq nümayiş etdirərək NASA-nın ABŞ-nin San-Dieqo şəhərində keçiriləcək Robot Yarışında Azərbaycanı təmsil edəcək komandanın tərkibinə seçilmişdi. Lakin maddi çətinliklər səbəbindən bu arzusunu həyata keçirə bilmirdi.

Böyük sevinc hissi ilə bildiririk ki, Huma Quşu Fondunun başlatdığı kampaniya və ianəçilərin töhfəsi sayəsində Sənan ABŞ-yə yola düşdü.Sənanın xəyalının gerçəkləşməsi üçün dəstək göstərən hər kəsə dərin təşəkkür edirik.

Ətraflı