May ayının 1-də DOST Agentliyi ilə görüş keçirilib.

May ayının 1-də DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzinin (RİM) direktoru Kənan Əkpərov, direktor müavini Farhad Kərimov və DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nazilə Həşim-zadə istedadlı və perspektivli gənc Sənan və onun valideyni Günay xanım ilə görüş keçiriblər.

Görüşdə rəqəmsal texnologioyaların gələcəyi, Sənanın gələcək layihələrə baxışı, sahəyə vermək istədiyi töhvə, eləcə də ən yaxın planlar, o cümlədən RİM-də yay təcrübəsində iştirak imkanları müzakirə edildi.

Eşitmə və nitq məhdudiyyətinin Uşaqlıq dövründən başlamasına baxmayaraq, Sənan texnologiya sahəsində qeyri-adi istedad və bacarıq nümayiş etdirir. Hətta cari ilin mart ayında NASA tərəfindən ABŞ-ın San-Dieqo şəhərində keçirilən Robot Yarışında Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün seçim mərhələlərindən uğurla keçib.

Sənanın bu yarışda iştirak etmək arzusunu reallaşdırılması üçün “Huma Quşu” Təhsilə Yardım Fondunun başladığı yardım kampaniyası, yüksək səfərbərlik və böyük səylər nəticəsində Sənanın ABŞ-da yarışda iştirakı baş tutdu. Sənanın adı çəkilən müsabiqədə iştirakı üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də dəstək göstərib.

Sənanın peşəkar fəaliyyət tarixçəsi hələ təzə başlayır, onun cəmi 17 yaşı var, istedadı və zəhməti sayəsində uğur qazanacağı şübhəsizdi. Ancaq biz cəmiyyət olaraq belə istedadlı gəncləri istiqamətləndirə, onlara məsləhət verə və başqa üsullar ilə əstək ola bilərik.

Ümid edirəm ki, yaxın gələcəkdə RİM-in peşəkar komandasının işi ilə tanış olmaq Sənana həm ixtisas seçimində, həm də İT sahəsində peşəkar istiqamət seçimi üçün lazım olan təcrübəni əldə etməkdə kömək edəcək.

Uğurlar, Sənan!