“Huma Quşu” Təhsilə Yardım Fondunun elan etdiyi "Qrant Müsabiqəsi: Yaz Çağırışı" üçün elektron ərizələrin son təqdimetmə tarixi iyunun 20-sinə qədər uzadılıb.

“Huma Quşu” Təhsilə Yardım Fondunun elan etdiyi "Qrant Müsabiqəsi: Yaz Çağırışı" üçün elektron ərizələrin son təqdimetmə tarixi fondun rəsmi saytındakı müvəqqəti problemlə əlaqədar iyunun 20-sinə qədər uzadılıb.

Qeyd edək ki, müsabiqə Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün elan edilib. Ətraflı məlumat: https://t.ly/kK7PP