🎓 "Huma Quşu" Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "𝐐𝐫𝐚𝐧𝐭 𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə𝐬𝐢: 𝐘𝐀𝐙 Ç𝐀Ğ𝐈𝐑𝐈Ş𝐈"nın qalibləri müəyyən olunub ✅

🎓 "Huma Quşu" Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "𝐐𝐫𝐚𝐧𝐭 𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə𝐬𝐢: 𝐘𝐀𝐙 Ç𝐀Ğ𝐈𝐑𝐈Ş𝐈"nın qalibləri müəyyən olunub ✅

📄Müsabiqə ilə bağlı müraciət edənlərdən 1️⃣3️⃣ namizəd intervüyə dəvət olunub.

🏆 Fondun İdarə Heyəti tərəfindən ərizə təqdimatı və intervünün bərabər yüksək qiymətlərlə nəticələnməsi, eləcə də namizədlərin parlaq, püxtələşmiş, inkişaf niyyətli gənc olmaları nəzərə alınaraq ilkin olaraq elan edilmiş 𝐛𝐞ş 𝐪𝐫𝐚𝐧𝐭𝐝𝐚𝐧 əlavə 1 iştirakçı da "𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə 𝐪𝐚𝐥𝐢𝐛𝐢" siyahısında yer alıb və hər biri 2️⃣5️⃣0️⃣0️⃣ 𝐀𝐙𝐍 məbləğində qrantla mükafatlandırılıb:

1️⃣ 𝐑𝐢𝐭𝐚 𝐐𝐚𝐲ı𝐭𝐦𝐚𝐳𝐨𝐯𝐚 - Fransız-Azərbaycan Universiteti (UFAZ). Kompüter elmləri

2️⃣ Ç𝐢𝐧𝐚𝐫ə 𝐐𝐚𝐬ı𝐦𝐨𝐯𝐚 - Azərbaycan Diplomatik Akademiyası. Təhsildə İdarəetmə. Magistratura.

3️⃣ 𝐐ə𝐧𝐝𝐚𝐛 𝐌ə𝐦𝐦ə𝐝𝐨𝐯𝐚 - Harvard Universiteti. Fizika/Astrofizika

4️⃣ 𝐇𝐮𝐦𝐚𝐲 𝐘𝐮𝐬𝐢𝐟𝐥𝐢 - Fransız-Azərbaycan Universiteti (UFAZ). Kompüter elmləri

5️⃣ 𝐕𝐚𝐬𝐢𝐟 𝐌ə𝐦𝐦ə𝐝𝐥𝐢 - Azərvaycan Dövlət İqtisad Universiteti. Maliyyə

6️⃣ 𝐑ü𝐛𝐚𝐛ə 𝐀𝐬𝐥𝐚𝐧𝐨𝐯𝐚 - Bakı Dövlət Universiteti. Riyaziyyat müəllimliyi

📊 Müsabiqənin iştirakçısı, Bakı Dövlət Konservatoriyasının İnstrumental ifaçılıq/fortepiano ixtisası üzrə təhsil alan 𝐀𝐲𝐚𝐧 𝐀𝐬𝐥𝐚𝐧𝐨𝐯𝐚 avqustun 15-nə qədər ianə və başqa vəsaitlərin toplanılması məqsədilə 𝐠ö𝐳𝐥ə𝐦ə 𝐬𝐢𝐲𝐚𝐡ı𝐬ı𝐧𝐚 əlavə edilib. Qaliblərlə keçirilən təqdimat görüşündə 𝐐ə𝐧𝐝𝐚𝐛 𝐌ə𝐦𝐦ə𝐝𝐨𝐯𝐚 çətin maneələri təhsil əzmilə dəf etməsinə görə əlavə "𝐂ə𝐬𝐚𝐫ə𝐭 𝐪𝐫𝐚𝐧𝐭ı" nominasiyasında da qalib elan olunub və 1️⃣5️⃣0️⃣0️⃣ 𝐀𝐙𝐍 məbləğində qrantla mükafatlandırılıb 📚

👩🏻‍🏫 Artıq ikinci dəfədir müsabiqənin iştirakçısı və qalibi olan Ç𝐢𝐧𝐚𝐫ə 𝐐𝐚𝐬ı𝐦𝐨𝐯𝐚 isə müsabiqəyə müraciət edən, lakin kifayət qədər bal toplaya bilməyən bir iştirakçıya 𝐦𝐞𝐧𝐭𝐨𝐫𝐥𝐮𝐪 edəcək.