2-ci Qarabağ Müharibəsi qazisi Fonda ianə etdi!

"Özümə söz vermişdim ki, çalışıb az da olsa, Fonda dəstək olacağam. Çünki bizdən başqa da yardıma ehtiyacı olanlar var".

“2-ci Qarabağ Müharibəsi qazilərinin İT təhsilinə dəstək” proqramı çərçivəsintə qrant qazanmış Arif Hacıyev çalışdığı aylar ərzində əldə etdiyi ilk məvaciblərindən Huma Quşu Təhsilə Yardım Fonduna ianə edib.

26 yaşlı Arif Şirvan oğlu Hacıyev İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunması əməliyyatlarında iştirak edib. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. Azərbaycan və Türkiyədə aparılan müalicələrdən sonra “Huma Quşu Təhsilə Yardım Fondu”nun dəstəyi ilə Bakı Dizayn Akademiyasında “Qrafik dizayn” ixtisası üzrə təhsilini başa vurub və hazırda ixtisası üzrə işləyir. Onun sözlərinə görə, hədəfi inkişafı üzərimdə çalışmaq və vətənə xidməti davam etdirməkdir.

Qeyd edək ki, Huma Quşu Təhsilə Yardım Fondu “2-ci Qarabağ Müharibəsi qazilərinin İT təhsilinə dəstək” proqramı ilə yanaşı “ADA Universitetinin Təqaüd proqramı”, “İstedadlı gənclərə təhsilin müxtəlif pillələrində dəstək proqramı”, “Kiçik qrantlar” və “Cəsarət qrantı” proqramları çərçivəsində 2022-2024-ci illər ərzində Azərbaycanda və xaricdə bakalavr, magistr və PhD səviyyəsində təhsili almaq istəyən 30-a yaxın gəncə dəstək olub.

Qazimizə təşəkkür edir və qarşısına qoyduğu bütün hədəflərinə çatmasını arzulayırıq!