Huma Quşu Fondunun İdarə Heyətinin iclası keçirilib.
Huma Quşu Fondunun İdarə Heyətinin iclası keçirilib.
Huma Quşu Təhsilə Yardım Fondunun İdarə Heyətinin görüşü baş tutub. Görüşdə Fondun gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda fond tərəfindən elan ediləcək yeni müsabiqələr, keçiriləcək təqdimatlar və tədbirlər barədə fikir mübadiləsi aparılıb. Növbəti 4 ay ərzində “Kiçik qrantlar proqramı: PAYIZ ÇAĞIRIŞI” müsabiqəsinin təşkili, təhsil olcaqlarından birində Fondun təqdimatı və 7 dekabr tarixində 2024-cü Huma Quşu Fondunun ilin yekunlarına dair tədbirinin keçirilməsi barədə ilkin qərar qəbul edilib.
Qeyd edək ki, planlaşdırılan tədbirlər barədə əvvəlcədən ətraflı məlumat veriləcək.