2024-ci il “Huma Quşu” Fondu üçün nə ilə yadda qaldı?
Daha bir ili geridə qoyuruq. 2024-cü ili də “Huma Quşu” Təhsilə Yardım Fondu üçün uğurlu illərdən saymaq olar. Belə ki, bu il Fondun fəaliyyətində bir çox yeniliklər və uğurlarla yadda qaldı.
İlin əvvəlində Azərbaycanda və xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün “𝐊İÇİ𝐊 𝐐𝐑𝐀𝐍𝐓𝐋𝐀𝐑 𝐏𝐑𝐎𝐐𝐑𝐀𝐌𝐈 - 𝐏𝐀𝐘𝐈𝐙 Ç𝐀Ğ𝐈𝐑𝐈Ş𝐈” (𝟐𝟎𝟐𝟑) müsabiqəsinə yekun vuruldu. Müsabiqəyə təqdim olunan ərizələrin və aparılan intervyuların qiymətləndirilməsi nəticəsində 5 𝐢ş𝐭𝐢𝐫𝐚𝐤çı müsabiqənin qalibi elan edilib və hər biri 𝟐𝟓𝟎𝟎 𝐀𝐙𝐍 məbləğində qrantla mükafatlandırıldı. 1 iştirakçı isə xüsusi təsis edilmiş "𝐂Ə𝐒𝐀𝐑Ə𝐓 𝐐𝐑𝐀𝐍𝐓𝐈" nominasiyasında qalib elan edildi və 𝟏𝟓𝟎𝟎 𝐀𝐙𝐍 həcmində qrantla mükafatlandırıldı.
Mart ayında Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında “𝐐ı𝐳ı𝐥 𝐭𝐨𝐱𝐮𝐦” 𝐦𝐚𝐜ə𝐫𝐚 𝐭𝐚𝐦𝐚ş𝐚𝐬ı nümayiş etdirildi. Tamaşa Bakı Avropa Liseyi və Huma Quşu Fondunun “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsi çərçivəsində baş tutdu. Layihə çətin həyat şəraitinə baxmayaraq maneələri uğurla dəf edib yüksək göstəricilərə çatan və təhsilini davam etdirmək istəyən cəsur gənclərə dəstək məqsədi daşıdı.
Novruz bayramı ərəfəsində Fondumuz üçün daha bir qürurverici hadisə yaşandı. Eşitmə və nitq məhdudiyyəti olmasına baxmayaraq Sənan Mirzəzadə adlı gənc texnologiya sahəsində qeyri-adi bacarıq nümayiş etdirərək 𝐍𝐀𝐒𝐀-𝐧ı𝐧 𝐀𝐁Ş-𝐧𝐢𝐧 𝐒𝐚𝐧-𝐃𝐢𝐞𝐪𝐨 şə𝐡ə𝐫𝐢𝐧𝐝ə keçiriləcək Robot Yarışında Azərbaycanı təmsil edəcək komandanın tərkibinə seçilmişdi. Lakin maddi çətinliklər səbəbindən bu arzusunu həyata keçirə bilmirdi. Başlatdığımız kampaniya və ianəçilərin töhfəsi sayəsində Sənan ABŞ-yə yola düşdü və Azərbaycanı layiqincə təmsil etdi.
Fond tərəfindən “İstedadlı tələbələr” proqramına əsasən Ranal Qurbanova 𝟗𝟔𝟎𝟎 𝐀𝐙𝐍, Əziz Pənaha 𝟏𝟎𝟎𝟎𝟎 𝐀𝐙𝐍, ADA Universitetində magistr təhsili almaq üçün təqaüd proqramına əsasən Bibixanım Səmədovaya 𝟓𝟎𝟎𝟎 𝐀𝐙𝐍, Vətən müharibəsi iştirakçıları Arif Hacıyev və Elmir Dadaşova isə müvafiq olaraq 𝟏𝟓𝟓𝟎 𝐀𝐙𝐍 və 𝟐𝟏𝟐𝟎 𝐀𝐙𝐍 məbləğində təqaüd verildi.
May ayında Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "𝐐𝐫𝐚𝐧𝐭 𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə𝐬𝐢: 𝐘 𝐀 𝐙 Ç 𝐀 Ğ 𝐈 𝐑 𝐈 Ş 𝐈" elan edildi.
Daha sonra 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐃ö𝐯𝐥ə𝐭 İ𝐪𝐭𝐢𝐬𝐚𝐝 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐞𝐭𝐢 və 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐑𝐞𝐬𝐩𝐮𝐛𝐥𝐢𝐤𝐚𝐬ı𝐧ı𝐧 𝐌𝐚𝐜𝐚𝐫ı𝐬𝐭𝐚𝐧𝐝𝐚𝐤ı 𝐒ə𝐟𝐢𝐫𝐥𝐢𝐲𝐢𝐧𝐝ə “Huma Quşu” Fondunun təqdimat mərasimiləri keçirildi. Hər iki tədbirdə fondun fəaliyyəti, təhsilə dəstək və təqaüd proqramları, qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilən dəstək, hesabatlılıq, ianə və gələcək planlardan bəhs edildi.
İyul ayında "𝐐𝐫𝐚𝐧𝐭 𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə𝐬𝐢: 𝐘𝐀𝐙 Ç𝐀Ğ𝐈𝐑𝐈Ş𝐈"nın qalibləri müəyyən olundu. 6 iştirakçı "𝐌ü𝐬𝐚𝐛𝐢𝐪ə 𝐪𝐚𝐥𝐢𝐛𝐢" siyahısında yer aldı və hər biri 2500 AZN məbləğində qrantla mükafatlandırıldı. Qaliblərdən biri çətin maneələri təhsil əzmilə dəf etməsinə görə "𝐂ə𝐬𝐚𝐫ə𝐭 𝐪𝐫𝐚𝐧𝐭ı" nominasiyasında da qalib elan olundu və əlavə olaraq 1500 AZN məbləğində qrantla mükafatlandırıldı.
İl ərzində Fondun İ𝐝𝐚𝐫ə 𝐇𝐞𝐲ə𝐭𝐢𝐧𝐢𝐧 bir neçə görüşü baş tutdu. Bundan başqa İdarə Heyətinin ayda bir dəfə onlayn formatda görüşləri də keçirilirdi.Görüşlərdə fond tərəfindən elan ediləcək yeni müsabiqələr, keçiriləcək təqdimatlar, tədbirlər və digər məsələlər müzakirə edildi.
Avqust ayının 3 isə Fond üzvlərinin ümumi görüşü oldu.
Sentyabrda Fondun daha bir təqdimat mərasimi baş tutdu. 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐃ö𝐯𝐥ə𝐭 𝐏𝐞𝐝𝐚𝐪𝐨𝐣𝐢 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐞𝐭𝐢𝐧𝐝ə keçirilən tədbirdə qazi və tələbələrnin təhsilinə dəstək, ictimaiyyətlə kommunikasiya prinsipləri, eləcə də aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması iştiqamətində məlumat verildi.
Daha sonra Humayın "𝐗ə𝐲𝐚𝐥𝐝𝐚𝐧 𝐠𝐞𝐫çə𝐲ə" təqaüd müsabiqəsi elan edildi. Hazırda təqdim olunan müraciət və sənədlərin müzakirəsi mərhələsi davam edən müsabiqədə uğur qazanacaq 3 şəxs hər biri 𝟐𝟓𝟎𝟎 𝐀𝐙𝐍 məbləğindəki təqaüdlə mükafatlandırılacaq.
Dekabrın 7-də ilin Fondumuz üçün ən böyük tədbiri - "𝐇𝐮𝐦𝐚 𝐐𝐮ş𝐮: 𝐱𝐞𝐲𝐢𝐫𝐱𝐚𝐡𝐥ı𝐪 𝐯ə 𝐜ə𝐬𝐚𝐫ə𝐭 𝐛ə𝐥ə𝐝ç𝐢𝐬𝐢" adlı 𝐱𝐞𝐲𝐫𝐢𝐲𝐲ə 𝐚𝐱ş𝐚𝐦ı baş tutdu. Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə fondun iki illik fəaliyyəti, layihə və proqramları, aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması və s. barədə məlumat verildi, xalq artisti, tanınmış caz ustası Salman Qəmbərov və "𝐁𝐚𝐤𝐮𝐬𝐭𝐢𝐜 𝐉𝐚𝐳𝐳" qrupunun ifasında möhtəşəm konsert proqramı baş tutdu. Xeyriyyə axşamının xüsusi qonaqları olan İ𝐥𝐡𝐚𝐦ə 𝐐𝐚𝐬ı𝐦𝐨𝐯𝐚 və 𝐑ö𝐯şə𝐧 𝐐ə𝐡𝐫ə𝐦𝐚𝐧𝐨𝐯𝐮𝐧 ifaları isə dinləyicilərə xüsusi ovqat bəxş etdi. Tədbirdə bilet və rəsmlərin satışı, eləcə də edilmiş ianələrdən 𝟖𝟓𝟎𝟎 𝐦𝐚𝐧𝐚𝐭 toplanıldı.
Və nəhayət, bir neçə günə əvvəl “Huma Quşu” Təhsilə Yardım Fondu Azercell-in “𝐇ə𝐲𝐚𝐭ı 𝐝𝐚𝐡𝐚 𝐝𝐨𝐥ğ𝐮𝐧 𝐞𝐝𝐢𝐫𝐢𝐤: 𝐪𝐚𝐝ı𝐧𝐥𝐚𝐫𝐚 𝐝ə𝐬𝐭ə𝐤 𝐩𝐫𝐨𝐪𝐫𝐚𝐦ı”nın qalibi oldu. Əldə edilən 𝟏𝟐 𝟓𝟎𝟎 𝐀𝐙𝐍 məbləğindəki qrant Azərbaycanda və xaricdə 𝐒𝐓𝐄𝐌 sahəsində bakalavr, magistr, PhD səviyyəsində təhsil alan və aztəminatlı ailələrdən olan qızlar üçün sərf ediləcək. Yeni ilin ilk günlərində elan ediləcək Humayın "𝐐ı𝐳𝐥𝐚𝐫ı𝐧 𝐒𝐓𝐄𝐌-𝐝ə 𝐲ü𝐤𝐬ə𝐥𝐢ş𝐢" müsabiqəsinin qalibi olacaq 𝟓 nəfər hər biri 𝟐𝟓𝟎𝟎 𝐀𝐙𝐍 məbləğində olan təhsil təqaüdü qazanacaq.
Ümumilikdə Fondun iki ildən azacıq çox fəaliyyəti dövründə 𝟏𝟐𝟎 𝐦𝐢𝐧 𝐦𝐚𝐧𝐚𝐭 məbləğində vəsait müxtəlif xeyriyyə işlərinə, eləcə də 𝟑𝟎-𝐚 𝐲𝐚𝐱ı𝐧 𝐪𝐚𝐳𝐢 𝐯ə 𝐭ə𝐥ə𝐛ə𝐧𝐢 n təhsilinə xərcləndi. Fonda olan ianələrin ümumi məbləği 𝟓𝟕 𝟔𝟓𝟎 𝐀𝐙𝐍 təşkil etdi.
“Huma Quşu” Fondu 2025-ci ildə də yeni-yeni layihələr, təqaüd proqramları və müxtəlif tədbirlərlə qarşınızda olacaq. Bu yolda birgə addımladığımız, fondun fəaliyyətinə dəstək verən, etdikləri ianələrlə imkansız gənclərin təhsil almalarına vəsilə olan hər kəsə sonsuz təşəkkürlər!
Azərbaycanın işıqlı gələcəyi uğrunda yorulmaz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik!