Huma Quşu Fondunun ilk seminarı baş tutub
Huma Quşu Təhsilə Yardım Fondu tərəfindən "Məşğulluğa açar: CareerEdge Modeli və Emosional Zəka" mövzusunda seminar keçirilib. AccessBankın Təhsil və İnkişaf şöbəsinin rəhbəri, Xəzər Universitetinin müəllimi Xumar Hüseynova tərəfindən onlayn formada keçirilən seminarda iş həyatında uğur qazanmaq üçün vacib bacarıqlar və emosional zəkanın rolu haqqında danışılıb.
Təlim iştirakçıları Fonda və Xumar xanıma təşəkkür edib, seminarda əldə etdikləri biliklərin gələcək fəaliyyətlərində onlara istiqamət verəcəyini bildiriblər: “Xumar xanımın yanaşma tərzi və paylaşdığı praktiki nümunələr mövzunu daha da anlaşıqlı etdi. Belə təşəbbüslərin davamlı olması çox dəyərlidir, çünki bu cür təlimlər inkişafımız üçün vacibdir. Həqiqətən maarifləndirci bir təlim oldu, iş münasibətlərində fərqli baxış bucaqlarını görməyimə yardımçı oldu. Təşəkkürlər hər kəsə”.
“Çox informativ və bir o qədərdə maraqli təlim oldu. Sizin kimi təcrübəli insanlarla fikir mübadiləsi aparmaq, gələcək həyatımız üçün uğurlu yol cızmağa istiqamətləndirilmək biz gənclər üçün olduqca önəmli məqamdır. Qeyd edim ki, bugunkü təlim məni çox gözəl motivasiya etdi. Hər birinizə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verməkdir. Hər bir seminarda aktual mövzulara toxunulacaq və faydalı məlumatlar veriləcək.
Növbəti seminarlar haqqında ətraflı məlumat: https://humagushu.az/az/newsdetails?id=4047
Təlimlərdə iştirak etmək istəyənlər ad və soyadlarını Fondun Whatsapp nömrəsinə yaza bilərlər: (055) 330 05 33
Gəlin birlikdə öyrənək, inkişaf edək və güclənək.