“İş və şəxsi həyat üçün pozitivlik strategiyası” mövzusunda seminar baş tutub

"Huma Quşu" Təhsilə Yardım Fondu tərəfindən "İş və şəxsi həyat üçün pozitivlik strategiyası" mövzusunda seminar keçirilib. AccessBankın Təhsil və İnkişaf şöbəsinin rəhbəri, Xəzər Universitetinin müəllimi Xumar Hüseynova tərəfindən onlayn formada keçirilən seminarda stressi idarə etmək və müsbət yanaşma formalaşdırmaq üçün praktik yollar haqqında danışılıb.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verməkdir. Hər bir seminarda aktual mövzulara toxunulur və faydalı məlumatlar verilir.

Növbəti seminarlar haqqında ətraflı məlumat: https://humagushu.az/az/newsdetails?id=4047

Təlimlərdə iştirak etmək istəyənlər ad və soyadlarını Fondun Whatsapp nömrəsinə yaza bilərlər: (055) 330 05 33

Gəlin birlikdə öyrənək, inkişaf edək və güclənək.