“Maliyyə savadlılığı” mövzusunda növbəti seminar baş tutub
"Huma Quşu" Təhsilə Yardım Fondu tərəfindən "Maliyyə savadlılığı: Sağlam həyat və uğurlu karyeranın əsaslarından biri" mövzusunda seminar keçirilib. AccessBankın Təhsil və İnkişaf şöbəsinin rəhbəri, Xəzər Universitetinin müəllimi Xumar Hüseynova tərəfindən onlayn formada keçirilən seminarda şəxsi maliyyəni necə idarə etmək və bu bacarığı karyera üçün necə faydalı etmək haqqında danışılıb.
Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verməkdir. Hər bir seminarda aktual mövzulara toxunulur və faydalı məlumatlar verilir.
Keçirilmiş digər seminarlar haqqında ətraflı məlumat: https://humagushu.az/az/AllNews
Gəlin birlikdə öyrənək, inkişaf edək və güclənək.