Gələcəyin liderlərinin ilham mənbəyi olmaq istəyirsiniz?
Bir müddət əvvəl Humayın “Qızların STEM-də yüksəlişi” təqaüd proqramımızın qaliblərini açıqladıq. Seçim mərhələlərində yüksək səviyyədə bilik, bacarıq və əzmkarlıq nümayiş etdirən 10 istedadlı gənc xanım 2500 AZN məbləğində təqaüdlə mükafatlandırıldı.
İndi isə bu gənclərin bilik və bacarıqlarını daha da inkişaf etdirməsi üçün onların yanında olacaq, yol göstərəcək, təcrübəsini bölüşəcək, onlara ilham verəcək mentorları axtarırıq!
- Siz öz sahənizdə uğur qazanmış bir mütəxəssissinizsə,
- Gənc qızların inkişafına dəstək vermək istəyirsinizsə,
- Həyatınızı dəyişən bir məsləhəti, hekayənizi bölüşmək niyyətindəsinizsə – biz sizi axtarırıq.
Mentorluq – sadəcə yön göstərmək deyil, gələcək üçün ilham verməkdir. Bu 10 gənc xanımın hər biri sabahın mühəndisi, araşdırmaçısı, texnologiya lideri ola bilər. Onların yanında olmaq, onların uğur hekayəsində rol almaq istərdinizmi?
Mentoru olacağınız xanımların təhsil aldıqları ixtisaslar:
- Riyaziyyat müəllimliyi
- Kompüter mühəndisliyi
- Kimya mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- Kompüter elmləri
- İnformasiya təhlükəsizliyi
- Kimya müəllimliyi
Əlavə məlumat üçün Fondun Whatsapp nömrəsi (055 330 05 33) və ya humagushufund@gmail.com elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə qura bilərsiniz.