Huma Quşu Fondunun “Səsimiz səsidir, Humay!” adlı növbəti xeyriyyə axşamı keçiriləcək
Noyabrın 16-da Huma Quşu Təhsilə Yardım Fondunun “Səsimiz səsidir, Humay!” adlı növbəti xeyriyyə axşamı keçiriləcək. Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasının konsert salonunda baş tutacaq tədbirdə xalq artisti, Şöhrət və Şərəf ordenli xanəndə Mənsum İbrahimovun rəhbərliyi, tarda xalq artisti Elçin Həşimov, kamanda əməkdar artisti Elnur Əhmədovun müşayiəti ilə Qarabağ muğam qrupu, Muğam televiziya müsabiqəsinin qalibləri əməkdar artist Təyyar Bayramov, əməkdar artist Arzu Əliyeva, Aytən Məhərrəmli, Güllü Muradova, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, eləcə də tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə Muğam instrumental ansamblı və kaman ustası Təbriz Yusifovun iştirakı ilə zəngin konsert proqramı nümayiş olunacaq.
Eyni zamanda rəsm əsərlərindən ibarət sərgi-satış həyata keçiriləcək.
Bu gündən etibarən biletlər iTicket tərəfindən satışa çıxarılıb. Xeyriyyə axşamında iştirak etmək üçün biletləri iTicket-in satış məntəqələrindən və ya aşağıdakı linkə daxil olaraq onlayn şəkildə əldə edə bilərsiniz:
https://iticket.az/events/concerts/our-voice-is-yours-humay/155282
Qeyd edək ki, bilet və rəsmlərin satışından əldə edilən vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək.