Humayın Təhsil ADAsı təqaüd proqramının qalibləri açıqlandı

"Huma Quşu" Təhsilə Yardım Fondunun ADA Universiteti ilə birlikdə sözügedən universitetdə magistr təhsili almaq istəyən tələbələr üçün elan etdiyi Humayın Təhsil ADAsı təqaüd proqramının qalibləri müəyyən olunub.

Müsabiqə ilə bağlı müraciət edənlərdən 4 namizəd intervüyə dəvət olunub.

Fondun İdarə Heyəti tərəfindən akademik müvəffəqiyyət göstəriciləri, ərizə üzrə topladıqları bal və intervyu üzrə topladıqları orta bal nəzərə alınaraq 2 iştirakçı "Müsabiqə qalibi" siyahısında yer alıb və hər biri 5000 AZN məbləğində qrantla mükafatlandırılıb:

1. Jalə Məmmədova - Təhsil üzrə menecment ixtisası

Hazırda Laçın rayon Vəliuşaqlı kənd tam orta məktəbində müəllim işləyir.

2. Aişə Bəşirli - Kənd Təsərrüfatı və Qida sistemləri üzrə menecment ixtisası

Hazırda Xəzər Universitetinin Kimya və biologiya müəllimliyi ixtisasının son kursunda təhsil alır.

Qeyd edək ki, Fondun İdarə Heyətinin qərarı ilə istedadlı gənclərin təhsilinə davamlı dəstəyin göstərilməsi üçün xüsusi yanaşma tətbiq edilərək “Humayın davamlı qrantlar” təqaüdü təsis edilib. Bu təqaüd çərçivəsində Ayan Aslanovanın müraciəti dəstəklənib və ona 5000 AZN məbləğində qrant ayrılıb. O, Almaniyanın Folkvanq İncəsənət Universitetinin İnstrumental ifaçılıq-Fortepiano ixtisasının 2-ci kurs tələbəsidir.

Qaliblərimizi təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzu edirik.