Fondun üzvləri və tələbələr “Əyani yay görüşləri” formatında toplanıb
"Huma Quşu" Təhsilə Yardım Fondu olaraq Fondun üzvləri və tələbələrimizlə birlikdə “Əyani yay görüşü” keçirdik.
Görüşümüz “Maraqlı Art” kafesində baş tutdu və səmimi anlarla yadda qaldı. Səhər yeməyi süfrəsi ətrafında söhbət etdik, bir-birimizin maraqlı hekayələrini dinlədik, Fondun ilk yarımildə gördüyü işlərdən və qarşıdakı planlarımızdan danışdıq. Mentor proqramı, təhsil təşəbbüsləri, könüllü dəstəyi və əlbəttə ki, dostluqlar haqqında…
Mentorluq proqramının rəhbəri Nərgiz Qaradaği proqramın əsas prinsipləri və alumnilərin bir-birinə verdiyi dəstək haqqında danışdı. Ramina Mürşüdova tələbələrin Fondun işinə verdiyi töhfə barədə fikirlərini paylaşdı. Rəfiqələri isə Humay haqqında maraqlı və yumoristik xatirələrini bölüşdülər.
“Çayxor” brendindən çaylar içdik, interaktiv oyunlar oynadıq, Azərbaycan bəstəkarlarının mahnılarını oxuduq. Tələbələr Fondun onların həyatında oynadığı rolu, öz hekayələrini bizimlə bölüşdü. Ramina xanım ötən ilki görüşü xatırladı. Növbəti görüşümüzü isə noyabr ayında - xeyriyyə axşamı öncəsi keçirməyi planlaşdırdıq.
Biz birgə olmağın gücünə inanırıq. “Huma Quşu” ailəsi böyüyür, güclənir və daha çox tələbəyə ümid bəxş edir…