Huma Quşu Fondunun Himayəçilik Şurasının iclası keçirilib

Huma Quşu Təhsilə Yardım Fondunun Himayəçilik Şurasının növbəti iclası baş tutub. İclasda fondun il ərzində gördüyü işlər dəyərləndirilib, gələcək fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər ətraflı müzakirə olunub.

Xüsusilə sentyabr ayından ilin sonuna qədər həyata keçiriləcək layihələr, tələbələrin təhsilinə və inkişafına dəstək proqramları, eləcə də Fondun yeni təşəbbüsləri iclasın əsas müzakirə mövzusu olub.

Qarşıda bizi maraqlı layihələr, tələbələr üçün yeni imkanlar və birlikdə görüləcək gözəl işlər gözləyir. Əminik ki, birlikdə daha çox gəncin həyatına işıq saçacağıq.