“NARGIS” jurnalında “Huma Quşu” Təhsilə Dəstək Fondu haqqında müsahibə yayımlanıb
“NARGIS” jurnalında “Huma Quşu” Təhsilə Dəstək Fondunun təsisçisi və prezidenti Şəhla Vəzirova ilə geniş müsahibə dərc olunub.
Müsahibədə Fondun yaranma səbəbi, həyata keçirilən layihələr, əldə olunan nəticələr və yaxın gələcək üçün nəzərdə tutulan planlar haqqında ətraflı məlumat verilir. Şəhla Vəzirova bildirib ki, fondun əsas məqsədi mərhum Humay Quliyevanın xatirəsini yaşatmaq və onun xeyirxah arzularını davam etdirməkdir.
Fond indiyədək bir sıra mühüm proqramlar həyata keçirib. Bunlara İkinci Qarabağ müharibəsi iştirakçılarının İT təhsilinə dəstək, istedadlı gənclərin müxtəlif ali məktəblərdə təhsillərinə yardım, “Kiçik qrant”, “Xəyaldan gerçəyə” və “Cəsarət qrantı” layihələri, eləcə də Azercell-lə birgə həyata keçirilən “Qızların STEM-də yüksəlişi” proqramı daxildir.
Şəhla Vəzirova vurğulayıb ki, bu layihələr gənclərin yalnız təhsilinə deyil, həm də onların gələcəkdə daha rəqabətqabiliyyətli, savadlı və dünyagörüşlü fərdlər kimi formalaşmasına xidmət edir.
Müsahibənin tam mətnini NARGIS jurnalını əldə edərək və ya jurnalın saytından oxuya bilərsiniz:
https://nargismagazine.az/az/articles/huma-qusu-fond/
Qeyd edək ki, saytdakı dil seçimi bölməsindən istifadə etməklə müsahibəni ingilis və rus dillərində də oxumaq mümkündür.