Azərbaycan Tibb Universitetində təqdimat keçiriləcək

Oktyabrın 29-da Azərbaycan Tibb Universitetində “Huma Quşu” Fondunun təqdimatı keçiriləcək. Tədbir zamanı Humay Quliyeva və onun xatirəsinə yaradılmış “Huma Quşu” Fondunun fəaliyyəti, tərəfdaşları, layihələri və noyabrın 1-də elan ediləcək yeni təqaüd müsabiqəsi barədə məlumat veriləcək, suallar cavablandırılacaq. Təqdimatda həmçinin “Yerin hər zaman görünəcək, Humay” adlı film də nümayiş olunacaq.

Təqdimat saat 16:00-da universitetin 4-cü korpusunun 2-ci mərtəbəsində baş tutacaq.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

📞Telefon: 0553300533

📧E-poçt: humagushufund@gmail.com