“Huma Quşu” Fondunun payız görüşü baş tutub
“Huma Quşu” Təhsilə Yardım Fondunun "Əyani payız görüşü" keçirilib. Görüş “Maraqlı Art” kafesində baş tutub və səmimi söhbətlər, ideya mübadiləsi və motivasiya dolu müzakirələrlə yadda qalıb.
Tədbirdə iki əsas istiqamət üzrə fikir mübadiləsi aparılıb:
-yaxınlaşan “Səsimiz səsindir, Humay!” adlı yaradıcılıq axşamına hazırlıq;
-və mentorluq proqramının yeni mərhələsi.
Görüş zamanı tələbələrin yaradıcılıq axşamında könüllü kimi iştirak etməsi qərara alınıb. Bu çərçivədə qonaqların qarşılanması, zalda yerləşdirilməsi, rəsm əsərlərinin sərgi-satışı və s. üzrə iş bölgüsü aparılıb. Eyni zamanda, tədbirin ümumi axışı və təşkilati işlərin koordinasiyası ilə bağlı praktiki məsələlər müzakirə edilib.
Tələbələr və fond üzvləri yaradıcılıq axşamına necə töhfə verə biləcəklərindən danışıb, mentorluqla bağlı ideya və təcrübələrini paylaşıblar. İştirakçılar fondun fəaliyyəti ilə bağlı təkliflərini səsləndirib, gələcək layihələrlə bağlı ideyalarını təqdim ediblər. Görüş zamanı “Huma Quşu” ailəsində əməkdaşlıq, dəstək və birlikdə inkişaf ruhu bir daha hiss olunub.
“Huma Quşu” ailəsi böyüməyə, güclənməyə və daha çox tələbəyə ümid bəxş etməyə davam edir.