Sərgi-satışda nümayiş olunacaq əsərlərin kataloqu təqdim olunub
Noyabrın 16-da baş tutacaq “Səsimiz səsindir, Humay” adlı yaradıcılıq axşamında keçiriləcək sərgi-satışda nümayiş ediləcək rəsm əsərlərinin kataloqu hazırlanıb. Kataloqda yer alan əsərlər Azərbaycanın milli ruhunu, Fondun xeyriyyəçilik missiyasını və Humay Quliyevanın incəsənətə olan dərin sevgisini əks etdirir.
Sərgi-satışdan əldə ediləcək vəsait istedadlı gənclərin təhsilinə və yerli rəssamların yaradıcılıq fəaliyyətinə dəstək məqsədilə sərf ediləcək.
Kataloqu nəzərdən keçirərək siz də bu xeyirxah təşəbbüsə töhfə verə bilərsiniz.
➡️ https://drive.google.com/file/d/1NmDHzOMfZzMPb8ZG8cSkxr-TOOMkbZzc/view?usp=sharing
Yaradıcılıq axşamında iştirak etmək üçün biletləri iTicket.az-ın satış məntəqələrindən və ya aşağıdakı linkə daxil olaraq onlayn şəkildə əldə edə bilərsiniz: https://iticket.az/events/concerts/our-voice-is-yours-humay/155282
Dəstəyiniz gənclərin gələcəyinə işıq olacaq.
Ətraflı məlumat: https://shorturl.at/zRR1Y