Humayın “Xəyaldan gerçəyə – Payız çağırışı” təqaüd müsabiqəsinin ilkin seçim mərhələsi yekunlaşıb
Humayın “Xəyaldan gerçəyə – Payız çağırışı” təqaüd müsabiqəsi üzrə ilkin seçim mərhələsi uğurla başa çatıb. İlk mərhələdə təqdim olunan müraciət formaları və sənədlər texniki və məzmun baxımından qiymətləndirilib.
Müsabiqədə iştirak üçün ümumilikdə 79 nəfər müraciət edib. Aparılan yoxlamalar nəticəsində sənədləri müsabiqə şərtlərinə uyğun olan 37 namizəd növbəti mərhələyə keçmək hüququ qazanıb.
Qiymətləndirmə zamanı müraciət formalarının düzgün və dolğun doldurulması, tələb olunan sənədlərin tamlığı və müsabiqə tələblərinə uyğunluq əsas meyarlar kimi nəzərə alınıb.
Növbəti mərhələyə keçən bütün namizədlərə uğurlar arzu edirik. Seçim prosesinin davamı və növbəti mərhələlərlə bağlı ətraflı məlumatlar Fondun rəsmi kommunikasiya kanalları vasitəsilə ictimaiyyətə çatdırılacaq.