Qazilərin IT təhsilinə dəstək proqramı davam etdirilir

“Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən həyata keçirilən “Qazilərin IT təhsilinə dəstək proqramı” davam etdirilir.

Proqramın əsas məqsədi qazilərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına dəstək göstərilməsidir.

Proqramda iştirak etmək istəyən namizədlərin ilkin IT biliklərinə malik olması və IT sahəsində təhsilini davam etdirmək niyyətində olmaları tələb olunur.

Proqrama müraciət zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:

-Şəxsiyyət vəsiqəsi

-Hərbi bilet

Qeyd edək ki, proqrama qəbul ilboyu həyata keçirilir.

Ətraflı məlumat və müraciət üçün əlaqə nömrəsi: +994 55 330 05 33.